EN

“Maybo” ötən yeganə səhmdarına ₼1.7 mln. dividend ödəyib

2024-cü ilin yekununda “Maybo” MMC 1.67 milyon manat dividend ödəyib. Bu, əvvəlki ildəki 182 min manatlıq dividendlə müqayisədə təxminən 9 dəfə çoxdur.

Banker.az xəbər verir ki, bu ödənişdən sonra bölüşdürülməmiş mənfəət 4.96 milyon manatdan 5.71 milyon manata yüksəlib. Yəni 753 min manatlıq artım baş verib və bu artımın əsas mənbəyi xalis mənfəətdir.

2011-ci ildə Midhət Qurbanəliyev tərəfindən Bakıda təsis edilmiş “Maybo” MMC 2024-cü maliyyə ilini 2.43 milyon manat xalis mənfəətlə başa vurub. Ötən illə müqayisədə bu göstərici 1.36 milyon manatdan 78% çoxdur.

Şirkətin nizamnamə kapitalında 100% payçı Midhət Qurbanəliyevdir.

 

 

Chosen
21
banker.az

1Sources