İyulun 31-də axşam saatlarında Gürcüstan Hərbi Yolu bütün nəqliyyat üçün bağlanıb. Səbəbsə təbii fəlakətdir. Yoldan güclü sel keçib. Artıq üç mindən çox yük maşını elektron növbəyə yığılıb.
News365.az xəbər verir ki, Şimali Osetiyada sel səbəbindən cümə axşamı axşam saatlarında Gürcüstan Hərbi Yolu bütün nəqliyyat növləri üçün bağlanıb. Şimali Osetiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin mətbuat xidmətindən bildirilib ki, Gürcüstanda hava şəraitinin pisləşməsi, sel, avtonəqliyyat vasitələrinin təhlükəsiz keçidinin təmin edilməsinin mümkünsüzlüyü ilə əlaqədar bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
Bakı vaxtı ilə saat 19:40-dan Rusiya sərhədi istiqamətində Vladiqafqaz - Lars hissəsində nəqliyyatın hərəkəti növbəti xəbərdarlığa qədər bağlıdır.
Rusiya Federasiyası, Gürcüstan və Ermənistanı birləşdirən yolun açılmasını gözləyən 3 mindən çox ağır yük maşını elektron növbəyə yazılıb.
News365.azÂ