EN

Lionel Messi klubu ilə yeni müqavilə imzalayacaq

“İnter Mayami”nin hücumçusu Lionel Messi klubu ilə yeni müqavilə imzalayacaq.

İdmanxeber.az-ın məlumatına görə, 38 yaşlı argentinalı ilə yeni anlaşma yaxın vaxtlarda açıqlanacaq. Müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub.

Messi 2026-cı ilin sonunda müqaviləni pozmaq hüququna malik olacaq.

Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Komandanın heyətində hücumçu 69 oyun keçirib, 58 qol vurub və 28 məhsuldar ötürmə edib.

Chosen
25
idmanxeber.az

1Sources