EN

Xalq artistinin vətəndaşlıqdan məhrum edilməsi tələb olunur

"Maşina vremeni” rok qrupunun lideri Andrey Makareviçin vətəndaşlıqdan məhrum edilməsi və 50 il müddətinə Rusiyaya girişinə qadağa qoyulması istənilir.

Publika.az xəbər verir ki, bu təşəbbüsü Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin (FPBC) rəhbəri Vitali Borodin irəli sürüb .

Borodin Makareviçin SSRİ xalq artisti, sovet bəstəkarı Aleksandra Paxmutovanı təhqir etməsinə belə cavab verib.

“Mahnıları istedadsız, dinləmək qeyri-mümkün və heç bir emosiya oyatmayan Andrey Makareviç Aleksandra Paxmutovanı aşağılayır”, - Borodin bildirib.

Chosen
44
publika.az

1Sources