İngiltərə təmsilçisi "Çelsi" futbolçusu Mamadu Sarrı Fransanın "Strasburq" komandasına icarəyə verib. SİA "zadəganlar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, 19 yaşlı mərkəz müdafiəçisi 2025/2026 mövsümünün sonuna qədər Liqa 1 təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, M.Sarr 2 ay əvvəl məhz "Strasburq"dan "Çelsi"yə transfer olunub. London klubu onunla 2033-cü ilə qədər müqavilə bağlayıb.