EN

"Bank of Baku" inklüziv cəmiyyəti dəstəkləyir: autizmli uşaqlarla bir gün

"Bank of Baku" ASC-nin təşəbbüsü ilə növbəti sosial yönümlü tədbir həyata keçirilib.

Belə ki, Bankın təşkilatçılığı, “Birgə və sağlam” İctimai Birliyinin tərəfdaşlığı ilə 31 iyulda baş tutan tədbir Azərbaycanın ilk inklüziv məkanlarından olan “Kaşalata” kafedə təşkil edilib.

20-yə yaxın autizm sindromu olan uşaq bir araya gələrək onlar üçün təşkil olunmuş master-klasda iştirak ediblər. “Hamının bir dünyası var!” mesajı ilə baş tutan master-klasın əsas mövzusu isə yaşadığımız dünya və təbiət ilə əlaqələndirilib.

İştirakçılar kətan çantalar üzərində yer kürəsinin müxtəlif eskizlərini öz daxili dünyalarına, duyğularına uyğun boyayaraq fərqli yanaşmalarını əks etdiriblər.

"Bank of Baku"nun bu təşəbbüsünün əsas məqsədi autizm sindromu və neyromüxtəlifliyə dair məlumatlılığı artırmaq, inklüzivliyin təşviqinə dəstək olmaqdır.

Ölkəmizdə ilk inklüziv ictimai məkan olan “Kaşalata” autizm sindromlu, eləcə də əlilliyi olan şəxslərin inklüziv mühitdə məşğulluğuna dəstək olmaq məqsədilə yardılıb.

"Bank of Baku" belə məkanları və təşəbbüsləri dəstəkləməklə sosial inteqrasiyaya, hər bir fərdin cəmiyyətə qazandırılması yolunda addımların atılmasına töhfə verməyə çağırış edir.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

-www.bankofbaku.com

www.facebook.com/bankofbaku

Chosen
35
10
apa.az

10Sources