EN

Almaniya Ukraynaya iki "Patriot" sistemi tədarük edəcəyini açıqlayıb

Almaniya ABŞ-ylə razılığa gəldikdən sonra Ukraynaya iki "Patriot" sistemi tədarük edəcəyini açıqlayıb.

Operativ Media xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

Bununla da Berlin ən müasir sistemləri alan ilk ölkə olub.

Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib:

“Almaniya əvvəlcə buraxılış qurğuları, daha sonra isə 'Patriot' sisteminin əlavə komponentləri ilə Ukraynanı dəstəkləyə bilər”.

Ukraynalıların sözlərinə görə, Almaniya yaxın günlərdə Ukraynaya əlavə "Patriot" buraxılış qurğularını, bir neçə ay sonra isə sistemin digər elementlərini təhvil verəcək.

Chosen
10
operativmedia.az

1Sources