EN

Yulaf əzməsi bağırsaq xərçəngi riskiniAZALDIR

Cərrah Haney Youssefin fikrincə, yüksək lif qəbulu bağırsaq xərçənginin inkişaf riskini azaldır.

Redaktor.az xəbər verir ki, cərrah "Daily Mail" nəşrinə ölümcül xəstəlikdən qorunmağın sadə yolunundan danışıb.

Həkimin sözlərinə görə, sübut olunub ki, hər gün çoxlu lif qəbul edən insanlar bağırsaq xərçənginə daha az məruz qalırlar. Ancaq bu gün bir çox insanın pəhrizində kifayət qədər lif yoxdur.

“Böyük Britaniyada böyüklərin əksəriyyəti gündə cəmi 18-20 qram lif istehlak edir, norma isə 30 qramdır. Bu boşluq gənclər arasında bağırsaq xərçənginin artmasını nəzərə alaraq xüsusilə narahatedicidir”, - deyə həkim qeyd edib.

Bu təhlükəli xəstəliyin qarşısını almaq üçün o, hər gün yulaf əzməsi, meyvə-tərəvəz, qoz-fındıq və toxum yeməyi tövsiyə edib.

Mütəxəssisin fikrincə, lif sağlamlığın qorunmasının universal vasitəsi kimi qəbul edilməlidir. Lif  bağırsaqları təmizləyir, faydalı bakteriyaları qidalandırır və sağlam həzmi qoruyur.

Aytəkin TOFİQQIZI

Chosen
12
1
redaktor.az

2Sources