"Turan Tovuz" mövsümlərarası fasilədə heyətini gücləndirməyə davam edir.

Offsideplus.az xəbər verir ki, ötən gün İbrahima Vadjini transfer edən bölgə təmsilçisi bu dəfə daha bir sabiq "Qarabağ"lıya "elçi düşüb".

Onlar Marko Veşoviçlə danışıqlar aparır. 

Çernoqoriyalı müdafiəçi bu yay "Qarabağ"dan ayrılıb və hazırda azad agentdir.

O, Ağdam təmsilçisinin heyətində 134 oyunda 5 qol vurub və 16 məhsuldar ötürmə verib.

(sportal.az)