Amerikalı milyarder, iş adamı Elon Maskın aralarındakı mübahisə və gərginliyə baxmayaraq, iyun ayında ABŞ Prezidenti Donald Trampa və Respublikaçılara 15 milyon dollar verdiyi müəyyən edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Mask dəfələrlə ictimaiyyət qarşısında fikir ayrılığı yaşadığı Trampa dəstək verməyə davam edir.
Sənədlər Maskın Trampın seçki kampaniyasına iyun ayında 5 milyon dollar bağışladığını ortaya qoyur.
Bundan əlavə, Musk 27 iyunda Respublikaçıların Konqres Liderliyi Fonduna və Senat Liderliyi Fonduna da ayrı-ayrılıqda 5 milyon dollar ianə edib.
Qeyd olunub ki, Mask bu ianələrdən cəmi bir həftə sonra öz siyasi partiyasını quracağını elan etmişdi.
Sözügedən təşkilatlardan isə hələlik rəsmi bir açıqlama verilməyib.