EN

2018–2025-ci illərdə beşdən çox uşağı olan qadınlara aylıq müavinət 4 dəfədən çox artıb

Bakı. Trend:

2018-2025-ci illərdə icra olunan davamlı sosial islahatlarbeşdən çox uşağı olan qadınlara hər uşağa görə aylıq müavinətin 4,2dəfə artaraq 33 manatdan 140 manata çatmasına imkan verib.

Trendxəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyi məlumat yayıb.

Bildirilib ki, həmçinin qeyd edilən dövrdə ailə başçısınıitirməyə görə aylıq müavinət 2,5 dəfə artırılaraq 55 manatdan 140manata, valideynlərini itirmiş və valideyn himayəsindən məhrumolmuş uşaqların qəyyumlarına (himayəçilərinə) aylıq müavinət 2,8dəfə artırılaraq 50 manatdan 140 manata çatdırılıb.

"1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinətdə də ciddiartım özünü göstərib. 2018-ci illə müqayisədə bu müavinət 45manatdan 140 manata çatdırılmaqla, 3,1 dəfə artırılıb",- deyənazirlikdən qeyd edilib.

Chosen
25
4
az.trend.az

5Sources