EN

Sedat Pekərin Bakıda restoran açması iddiasına REAKSİYA

Xəbər verdiyimiz kimi, bir gün əvvəl türkiyəli müğənni Rıza Tamer Bakıda "Bihter" restoranında keçirilməsi planlaşdırılan konsertini ləğv edib. O, buna səbəb kimi Türkiyə lirəsinin Azərbaycanda keçərli olmamasını göstərib.

Müğənni növbəti açıqlamasında konsertin baş tutmalı olduğu məkanın - “Bihter” restoranının Sedat Pekərə məxsus olduğunu iddia edib. O, hətta bu səbəbdən təhdid zəngləri aldığını da deyib.

Maraqlıdır, Rıza Tamerin iddiaları nə dərəcədə doğrudur? “Bihter” restoranı həqiqətən Sedat Pekərə məxsusdurmu?

Məsələ ilə bağlı “BihterBaku” restoranı ilə əlaqə saxladıq. Restoranın adını açıqlamayan əməkdaşı Bakupost.az -a açıqlamasında bildirdi ki, Tamerin son videoda səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir:

“Rıza Taer ağzına gələni danışır, dəlidir. Vallah-billah, işin doğrusu birinci paylaşdığı videoda dediyi kimidir. Sadəcə olaraq, konserti ləğv etdiyi və səsləndirdiyi fikirlərər görə sərt tənqid olunduğundan artıq bilmir nə bəhanə etsin".

Restoran əməkdaşı qeyd etdi ki, Rıza Tamerin adını çəkdiyi Sedat Peker ilə heç bir əlaqələri yoxdur:

“Sedat Pekəri Yutubdan başqa heç yerdə görməmişəm. Bizim Tamerə təklif etdiyimiz məbləği isə kommersiya sirridir. Sadəcə, müğənninin meneceri və şirkət şəxsən mənim özümə dedi ki, əgər zəng gəlsə, kimsə Rıza Tameri ad gününə, bir məclisə və s. çağırsa, birbaşa 50 min dollar de. Bu, onlar tərəfindən deyilən sözdür, biz tərəfdən deyil. Onun konserti ləğv etməsi birinci dəfə deyil. Təsəvvür edin, Türkiyədə 18 konserti ləğv edib. Rıza Tamer bir qadın düşmənidir. Adamın qadınları görəsi gözü yoxdur”.

Qeyd edək ki, Sedat Pekər Türkiyədə xeyli dərəcədə məşhur olan iş və cinayət dünyasının nüfuzlu şəxslərindən biridir. Lakin eyni zamanda siyasətdə və ictimai sektorda kifayət qədər məşhur və adı qalmaqallara səbəb olan biridir.

Zaman-zaman qalmaqallı açıqlamaları ilə gündəmə gələn Sedat Pekər 1971-ci ildə Türkiyənin Sakarya vilayətində dünyaya gəlib. Ailəsi əslən Rizə vilayətindəndir. Pekər uzun müddət Almaniyada yaşayıb, milliyyətçi cameə içərisində olub. Almaniyada və Türkiyədə avtomobil ticarəti ilə məşğul olub. 1997-ci ildə Rizədə Abdullah Topçu adlı qaçaqmalçının öldürülməsində ittiham olunsa da, məhkəmədə bəraət alıb. 1998-ci ildə S.Peker reketlik, qətl təşkil etmək və daha bir çox cinayətlərdə ittiham olunaraq axtarışa verilib. Həmin vaxt Rumıniyada olan Pekər Türkiyəyə gəlib və 12 tərəfdarı ilə birlikdə mühakimə olunub. Ancaq bir il çəkən prosesdən sonra Pekər azad edilib. Bu müddətdə Pekər 8 ay həbsdə qalıb.

Sedat Pekər bir də 2005-ci ildə İstanbulda Qaçqamalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə polisinin keçirdiyi “Kəpənək əməliyyatı” nəticəsində həbs olunub. 2007-ci ildə məhkəmə Pekəri 14 il azadlıqdan məhrum edir. Onun barəsində daha bir səs-küylü məhkəmə prosesi cinayətkar təşkilat qurmaq, iş yerinə silahlı basqın, yaralama, azadlıqdan məhrum etmə, qarət və saxta pasportdan istifadə kimi cinayətlərlə bağlı olub.

Bundan başqa, “Ergenekon” prosesində “silahlı terror təşkilatı qurmaq” ittihamı ilə mühakimə olunub. Bu prosesdə “Kəpənək əməliyyatı” işinə görə yenidən mühakimə olunub və cəzası daha 15 ay artırılıb. 2013-cü ildə isə İstanbul 13-cü Ağır Cinayətlər Məhkəməsi “Ergenekon” prosesində Pekərə 10 il həbs cəzası verib. Lakin bir il sonra bu cəza həbsdə olduğu müddət 5 ili keçdiyi üçün ləğv olunub.

Ancaq bütün bu dalbadal məhkəmə proseslərinə baxmayaraq, Pekər həm də xeyriyyəçi iş adamı kimi fəaliyyət göstərib. Kocaeli Spastik Əlillər Dərnəyi və Erkən Doğulmuş Uşaqların Qorunması Dərnəyi kimi qurumlara yardımları ilə gündəmə gəlib. 2015-ci ildə Ruhi Xəstələrin Reabilitasiyası Fondu tərəfindən “yardımsevər iş adamı” kimi mükafatlandırılıb. 2015-ci ildə Suriyanın Türkmən Dağı bölgəsində yaşayan türkmənlərə yardımları ilə yenidən medianın gündəminə gəlib. 2015-ci ilin noyabrında Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi Dünya Qarapapaq Türkləri festivalında Pekərə “Türklük Xaqanı” adı verilib.

2008-ci ildə Özge Yılmaz adlı qadınla ailə qurub. Bu nikahdan Sərdar Han Pekər, Boğaçhan Talha Pekər, Celal Han Pekər, Filiz Lina Pekər adlı uşaqları anadan olub.

Pekər son illərdə tez-tez Türkiyə hakim partiyası, xüsusən də prezident Ərdoğana dəstək verməsi ilə gündəmə gəlib. Hər dəfə seçkilər öncəsi çağırış edən Pekər hakimiyyətə səs verməyə çağırır.

Onu da qeyd edək ki, "Bihter" restoranı 2024-cü ilin payızında fəaliyyətə başlayıb.

Bakupost.az

Chosen
53
5
turkustan.az

6Sources