EN

Şimali Koreya qadağalara qarşı çıxır

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Peyk məlumatları göstərir ki, Şimali Koreyaya məxsus dörd tanker Çin ərazi sularında yanacaq doldururmuş.

Gununsesi.info xarici mediaya istinadən xəbər verie ki, Çinin BMT sanksiyalarına baxmayaraq müdaxilə etməməsi gizli dəstək iddialarını gücləndirir.

İyul ayında ən azı dörd Şimali Koreya tankerinin Çin ərazi sularına daxil olduğu və birbaşa yanacaq götürdüyü aşkar edilib. Bu tankerlərin hamısı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının sanksiya siyahısındadır.

Peyk məlumatları və Avtomatik İdentifikasiya Sistemi (AIS) siqnalları gəmilərin Çin sahillərində bir limanın yaxınlığında yerləşdiyini və yanacaq transfer əməliyyatları apardığını ortaya qoydu.

Şimali Koreya BMT-nin nüvə proqramına görə tətbiq etdiyi sanksiyalara əsasən, illik 500 min barrel emal olunmuş neft kvotası ilə məhdudlaşır. Bununla belə, ekspertlər xəbərdarlıq edirlər ki, bu yeni tanker fəaliyyətləri artıq bu həddi keçə bilər.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
icma.az

1Sources