EN

FHN-in Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətində təlim-məşğələ keçirildi

BAKI, 1 avqust. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin 2025-ci il üçün təsdiq olunmuş “İş planı”na, “Təşkilati-metodiki” göstərişinə, həmçinin illik “Təlim-məşğələ planı”na əsasən Nazirliyin Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətində təlim-məşğələ keçirilib.

Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.

Təlim-məşğələnin keçirilməsində məqsəd Xidmətin şəxsi heyətinə taktiki təlimlərdə və neft dağılmalarının ləğvi əməliyyatları zamanı baş verə biləcək xəsarət və zədələnmələrdən, eləcə də digər bədbəxt hadisələrdən qorunmaq məqsədilə lkin tibbi yardımın göstərilməsi ilə qaydalarının aşılanması olub.

Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin həkim-fizioloqu Məlahət Zeynalova tərəfindən əməkdaşlar ilkin tibbi yardımın göstərilməsi qaydaları üzrə nəzəri və praktiki olaraq təlimatlandırılıb, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Chosen
9
7
teleqraf.com

8Sources