EN

ANAMA: Ötən ay 265 mina və 2007 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 1 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən iyul ayında icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 265, tankəleyhinə 57 mina və 2007 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən ay 7058,9 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
89
17
azertag.az

10Sources