ABŞ Prezidenti Donald Tramp, Türkiyə də daxil olmaqla bir sıra ölkələrdən idxal olunan məhsullara əlavə gömrük vergisi tətbiq olunması barədə prezident fərmanını imzalayıb. Qərara əsasən, Türkiyədən ABŞ-a göndərilən bütün məhsullara 15 faiz həcmində əlavə gömrük rüsumu tətbiq ediləcək.
News24.az xəbər verir ki, sözügedən fərmanın 7 gün sonra qüvvəyə minəcəyi bildirilir. Yeni tariflər yalnız Türkiyəyə deyil, İngiltərə (10%), İsrail (15%), Hindistan (25%), İsveçrə (39%), Suriya (41%), Cənubi Afrika (30%) və digər ölkələrə də şamil olunur.
Bu qərar 1 avqustda başa çatacaq ticarət razılaşması müddətindən öncə verilib və ABŞ hökumətinin ticarətdə yeni qaydalar müəyyənləşdirmək istiqamətində atdığı addımların bir hissəsi kimi qiymətləndirilir.
Xeyrənsə Piriyeva