EN

Peşəkar bacarıqları və şəxsi keyfiyyətləri ilə örnək olan məmur təhsildən ayrıldı

Hörmətli Dəyanət Fərzəliyevi 20 ildir yaxından tanıyıram. Bəzən elə situasiyalar yaranır ki, bir insanı yaxşı tanımaq üçün uzun illərə ehtiyac qalmır.  Dəyanət müəllim təhsil sahəsində rəngarəng, zəngin, uğurlu bir yol keçib və bu sahədə dolğun təcrübə qazanmışdır.

 Zamanla, dəfələrlə həyatda böyük dəyər verdiyim, qarşılıqlı inamımız olan mötəbər şəxslər vacib bir məqamda məndən soruşub ki, flankəs haqqlnda nə deyə bilərsən?

Aydındır ki, indi bütün peşələrdə öz sahəsini mükəmməl bilən, rəqabətqabiliyyətli kadrlara ehtiyac vardır. Ancaq fikirləşirəm ki, təhsil sahəsini, gələcəyimizin qurucusu olan gənc nəsilin təlim, tərbiyəsi kimi strateji sahəni yönəldən, idarə edən şəxslər, bu sahədə bütün pillələrdə işləyən məmurlardan nazirə qədər hər biri  peşəkar bacarıqları ilə bərabər,  digər sahələrdə çalışanlardan daha çox, həm də dəyərlər daşıyıcısı, əsil İNSAN olmlıdırlar. Axı, bütün peşələrdə çalışanlar təhsil sistemində yetişir, tərbiyə olunur, formalaşır.

Təhsil sistemində əməlləri, davranışı, şəxsiyyəti və fəaliyyəti ilə nümunə, örnək ola bilən insanlar əvəzolunmaz simalardır, onlar həmişə lazımınca dəyərləndirilməli, qorunmalıdır. 

Qırx ilə yaxın təhsil sahəsində idarəetmə strukturunda çalışan, bu sahədə yuxarı səviyyədə idarəetmə pillələrində işləyən şəxslər haqqında müəyyən qədər məlumata malik olan biri kimi tərəddütsüz deyə bilərəm ki, Dəyanət müəllim bütün parametrlər üzrə bacarığı, o cümlədən şəxsiyyəti ilə nümunə olan, təhsil sahəsində az saylı dövlət məmurlarından biri olub. Onun təhsildən getməsi təhsilimiz üçün sıradan bir hadisə deyil...

Əlbəttə, Dəyanət müəllim TƏBİB- də işləməyə dəvət olunub və könüllü olaraq daha yüksək bir vəzifəyə gedib. Ancaq təhsilimizin təssübkeşi olan heç kimi belə bir dəyərli təhsil işçisinin getməsini istəməzdi... Əminəm ki, onu dəyərləndirib dəvət edənlər çox ağıllı şəxslərdir. 

Qısaca olaraq xatırladaraq bilməyənlər üçün qeyd edim ki,  Fərzəliyev Dəyanət Xaliq oğlu hər şeydən əvvəl bütün parametrlər üzrə yaradıcı, nümunəvi müəllim, təhsil işçisi olduğunu təsdiq edib. Təsadüfi deyil ki, 2014-2015-ci tədris ilində respublika səviyyəsində “İlin Ən Yaxşı müəllimi”müsabiqəsinin qalibi olub.

 2016-cı ildə Təhsil Nazirliyinin keçirdiyi “Təhsil Meneceri” müsabiqəsinin bütün mərhələlərindən uğurla keçərək bir sıra rayonlar üzrə "Təhsil Meneceri" təyin olunmuşdu.

 2017-2018-ci illərdə Təhsil Nazirliyinin keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci və 2-ci  qrant müsabiqəsi”nin qalibi olub. 

 Uzun illər təhsilin müasir tələblərinə aid mövzular üzrə respublikada təlimçi kimi fəaliyyət göstərib.

23 iyun 2022-ci il tarixdən bəri  Qarabağ Regional Təhsil İdarəsində inzibati təşkilat sektorunun müdiri vəzifəsində çalışırdı.

Şübhəsiz ki, Dəyanət müəllim harada olmasından asılı olmayaraq son günlər sosialda, şəxsi səhifəsində qeyd etdiyi kimi ruhən təhsildən ayrılmır: "Hansı sahədə çalışmağımdan asılı olmayaraq, hər zaman təhsilin inkişafına dəstək göstərməyi özümə borc bilirəm".   

Hörmətli Dəyanət müəllim! 

Vahid Tağıyev

MİAA.Z

Chosen
31
2
mia.az

3Sources