EN

Barak: İsrailin Suriyaya müdaxiləsi məsələləri çətinləşdirir

ABŞ-ın Ankaradakı səfiri Barak İsrailin Suriyaya müdaxiləsinin “məsələləri çətinləşdirdiyini” və ölkənin sabitliyinə töhfə vermədiyini ifadə edərək, bu mövzuda İsraillə “ortaq anlaşma”nın olmadığını bildirib.

Turkustan.az xəbər verir ki , ABŞ Dövlət Departamentində keçirilən brifinqdə mətbuat mənsublarının suallarını cavablandıran ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tom Barak Suriya ilə bağlı bir çox mövzuda aktual mövzuları dəyərləndirib.

Barak ABŞ-ın Suriyanın sabitliyə nail olmasını istədiyini və buna nail olmaq üçün həm Suriya rəhbərliyi həm də Türkiyə başda olmaqla qonşu ölkələrlə sıx əməkdaşlıq etdiklərini qeyd edib.

"İsrailin hərəkətləri Suriyadakı prosesə kömək edirmi?" sualına ABŞ səfiri "Məsələləri çətinləşdirirmi? Bəli, işləri çətinləşdirir" cavabını verib.

Eyni zamanda ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi olan Barak: "Məncə, İsrail təcavüzkar deyil, lakin (hərəkətləri) faydalı deyil. Onlar faydalı deyil, çünki (Suriya ilə bağlı) ortaq bir anlayışımız yoxdur".

İsrailin onunla İran arasında başqa bir təhlükənin olmasını istəmədiyini və bunu anladıqlarını bildirən Barak aşağıdakı açıqlamanı verib:

"İsrail hazırda sərhədləri ilə bağlı çox həssasdır. Suriya İsraillə müharibə istəmir. Mənim şəxsi fikrimcə, İsrail Suriyaya fokuslanmayıb; onlar Colan təpələrini İran sərhədinə qədər genişləndirəcəklərini deyirlər. Onlarla İran arasında etibarlı tərəfdaşlardan ibarət təmiz zona istəyirlər. Onlar İrana baxış xətti istəyirlər və deyirlər ki, buradan İrana heç kim müdaxilə etməyəcək".

Aytən Yaşar/ Turkustan.az

Chosen
16
2
turkustan.az

3Sources