EN

Şirin xatirələrlə, Arif Babayev

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Arif Babayev yoxluğu, bənzərsiz bir səsin uzaqlaşmasıdı, 

Böyük bir elin ağsaqqal itkisidi, 

Ağdamın bir az balacalaşmasıdı,

Muğamın azca yetim qalmasıdı,

Bundan sonra tarın köksündə, xanəndənin boğazında gözə görünməyən bir nisgil olacaq Arif Babayevsizlik…

Arif Babayev ölümü iz buraxan yoxluqdur, yoxluğu isə böyük varlıqdır.

O, oxuyanda muğam gülürdü,

Bundan sonar Arif Babayevin özü oxumayacaq, səsi gələcək, 

Və o səsə muğam ağlayacaq,  

Arif Babayev Ağdamdan nisgilli, muğamdan narahat idi,

İndi Ağdam azaddı, muğam şaddı.

Ustadın iki arzusu Ali Baş Komandanın rəhbərliyi, 

Birinci xanımın himayəsiylə həyat tapdı.

Torpaq da, səs də öz sahiblərinə qovuşdu…

İndi Ağdam da yerindədi,

Muğam da öz yerindədi,

Rahat ol, ustad, Ağdam da, muğam da səni heç vaxt unutmayacaq…

Ağdam səni hər daşında yaşadacaq…

Muğam səni hər pərdəsində səsləndirəcək…

Çünki sənin adın Ağdamdır,

Sənin adın Muğamdır…

Barı yada sal məni, yada sal məni,

Şirin xatirələrlə xatırla məni - sətirləri sənin səsində bir başqa idi,

Hər zaman, hər zaman yaddaşlarda olacaqsan, xatırlanacaqsan, böyük sənətkar…

Şirin xatirələrlə, Arif Babayev…

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
60
1
modern.az

10Sources