EN

Xalq artisti Arif Babayev I Fəxri xiyabanda dəfn olunub

Bakı. Trend:

Xalq artisti Arif Babayev Fəxri xiyabanda dəfn olunub.

Trend xəbər verir ki, əvvəlcəmərhumla Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilib.

Daha sonra cənazəni dənf etmək üçün Fəxri xiyabana aparılıb.

Dəfn mərasimində dövlət və ictimai xadimlər, mədəniyyət və elmintanınmış nümayəndələri, yaradıcı ziyalılar və gənclər iştirakediblər.

Xatırladaq ki, 23.07.2025-ci il tarixində saat 17:30 radələrindəXalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu iləQax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. İyulun24-də isə Xalq artisti Arif Babayev təcili tibbi yardım avtomobiliilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıda yerləşən MərkəziKlinik Xəstəxanasına gətirilib.

Qeyd edək ki, Xalq artisti Arif Babayev 1938-ci il fevralın20-də Ağdam rayonunun Sarıhacılı kəndində doğulub.

1960-cı illərdən peşəkar yaradıcılığa Bakı şəhərində başlayıb,əvvəl Azərbaycan Dövlət Filarmoniyasında, daha sonra AzərbaycanDövlət Akademik Opera və Balet Teatrında solo muğam ifaçısı kimifəaliyyət göstərib. Muğam operalarında Məcnun (“Leyli və Məcnun”),Kərəm (“Əsli və Kərəm”), Aşıq Qərib və Camal kimi yaddaqalanobrazlar onun repertuarında öndədir. 1978‑ci ildə Əməkdar artist,1989‑cu ildə isə Xalq artisti adına layiq görülüb, həmçinin“Şöhrət” (1998), “İstiqlal” (2008) və “Şərəf” (2018) ordenləri ilətəltif olunub.

Məqalədə:
Chosen
25
5
az.trend.az

6Sources