EN

Messi karyerası ilə bağlı önəmli qərar verdi: 41 yaşına qədər...

Argentina millisinin əfsanəvi hücumçusu Lionel Messi gələcəyi ilə bağlı qərar verib.

Publika.az xəbər verir ki, bu barədə “Catalunya Radio” məlumat yayıb.

Məlumata görə, Leo "İnter Mayami" ilə müqaviləsini 2028-ci ilin sonuna kimi uzadacaq.

Müqavilənin sonunda argentinalının 41 yaşı tamam olacaq.

Messinin “İnter Mayami” ilə hazırkı müqaviləsi cari təqvim ilinin sonuna qədərdir. Forvard 2023-cü ilin yayından PSJ-sindən azad agent kimi keçdikdən sonra Amerika klubunda çıxış edir.

Chosen
6
publika.az

1Sources