EN

Türkiyə parlamentinin PKK-nın tərk-silahı üzrə komissiyası avqustun 5-də işə başlayacaq

Türkiyə parlamentinin Kürd Fəhlə Partiyasının (PKK) tərk-silahı üzrə komissiyasının birinci iclası avqustun 5-nə planlaşdırılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə parlamentin sədri Numan Kurtulmuş bildirib.

"Komissiyanın bütün üzvlərini avqustun 5-də keçiriləcək birinci iclasa dəvət edirəm", - “TRT Haber” telekanalı N.Kurtulmuşdan sitat gətirib.

Xəbər verildiyi kimi, parlamentdə təmsil olunan bütün partiyaların deputatlarından ibarət olan komissiya PKK-nın tərk-silah prosesinin qanunvericilik bazasının hazırlanmasını həyata keçirəcək. Parlamentin payız sessiyasının keçiriləcəyi oktyabr ayına qədər antiterror aktlarına və cəzaların icrası haqqında qanuna dəyişikliklər də daxil olmaqla təkliflərini hazırlayacaq.

Chosen
34
7
report.az

8Sources