EN

Sərt cərimə olmasa: Moped və skuterlər də ÖLDÜRƏCƏK

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Son dövrlərdə motosiklet, moped və skuterlərlə bağlı yol-nəqliyyat hadisələrinin sayında nəzərəçarpacaq artım müşahidə olunur. 

Sürət həddinə məhəl qoyulmaması, qoruyucu vasitələrdən istifadə edilməməsi və bəzi hallarda sürücülərin yaşının və təcrübəsinin yetərli olmaması belə qəzaların əsas səbəblərindəndir. 

Bəs belə qəzaların qarşısını almaq üçün hansı tədbirlər görülə bilər? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, qayda pozuntuları ciddi qəzalarla nəticələnir və kiçik elektrikli nəqliyyat vasitələri qanunla tənzimlənir: 

“Moped və skuterlərin iştirakı ilə baş verən qəzaları araşdırdıqda məlum olur ki, əsas səbəblərdən elə birincisi həmin nəqliyyat vasitələrini idarə edən şəxslərin yol hərəkəti qaydalarını pozmasıdır. Bəzən bilərəkdən, bəzən isə bilməyərəkdən yol hərəkəti qaydalarının pozulması ağır faciələrə səbəb olur. 

Moped, skuter, elektrik samokat sürən gənclər bilməlidirlər ki, bu cür nəqliyyat vasitələri artıq qanunvericilikdə təsbit edilib. Kiçik elektrikli nəqliyyat vasitəsi kimi həm “Yol yərəkəti haqqında” Qanunda, həm də İnzibati Xətalar Məcəlləsində yer alıb”. 

Onun sözlərinə görə, belə nəqliyyat vasitələrinin sürücüləri qaydalara uyğun hərəkət etməli və sərnişin daşımamalıdır: 

“Tənbeh kimi də cərimələr də nəzərdə tutulub.Yaxşı olar ki, belə nəqliyyat vasitələrindən istifadə edən şəxslər qanunla tanış olub, qaydaları ətraflı öyrənsinlər və buna uyğun hərəkət etsinlər. Moped, skuter və velosipedlə hərəkət edən şəxlər bilməlidirlər ki, avtomobil yolunda  sağ zolaqla hərəkət etməlidirlər. 

Günün saatından asılı olmayaraq idarə etdikləri vasitələrin ön və arxa hissəsində işıq fənərləri olmalıdır. Həmçinin, bilmək lazımdır ki, belə nəqliyyat vasitələri tək nəfərlikdir, yəni sərnişin daşımaq qəti qadağandır”. 

Ekspert qeyd etdi ki, tədbirlər görülür, amma problemin həlli üçün davamlı maarifləndirmə və sərt cərimələr vacibdir: 

“Bu sahədə müvafiq qurumlar tədbirlər həyata keçirirlər. Bakı şəhəri və ətraf ərazilərdə iyul 1-dən sonuna qədər, belə nəqliyyat vasitələrini istifadə edən, qayda pozan şəxlərlə bağlı işlər aparılıb. Ümid edirik ki, bunun da bir nəticəsi olar. 

Amma bu, o, demək deyil ki, problem birdəfəlik həll olunacaq, müdəmadi olaraq bu sahədə maarifləndirmə işləri aparılmalıdır. Həmçinin, tənbeh kimi cərimələri də sərt şəkildə tətbiq etmək lazımdır”. 

Gülər 

“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
1
cebheinfo.az

2Sources