EN

Azərbaycandan Suriyaya qaz nəqlini Qətər maliyyələşdirir

ABŞ-nin Türkiyədəki səfiri, habelə Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak özünün "X" hesabında diqqətə çatdırıb ki, bu layihə Qətər tərəfindən maliyyələşdirilir. Səfir bu münasibətilə rəsmi Dohaya öz təşəkkürünü bildirib.

"Suriya üçün həyati əhəmiyyət daşıyan qaz layihəsini tam maliyyələşdirdiyinə görə Qətərə səmimi-qəlbdən təşəkkürümüzü çatdırırıq. Avqustun 2-dən Azərbaycanın təbii qazı Türkiyə vasitəsilə Suriyaya ötürüləcək. Nəticədə800 MVt-dək enerji alınacaq ki, bu da sözügedən ölkədə 5 milyon evi elektrikləşdirəcək.Belə bir layihə kritik dövrdə humanitar vəziyyətin yaxşılaşması, sabitləşməsi istiqamətində mühüm addımdır. Qətər hökuməti əsl həmrəylik və tərəfdaşlıq nümunəsi göstərdi",- Barrak vurğulayıb.

Xatırladaq ki, Azərbaycandan Suriyaya qaz nəqli barədə ilk dəfə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparlsan Bayraqdar məlumat vermişdi. Onun sözlərinə görə, Azərbaycan qazı Türkiyənin Kilis vilayətindən keçməklə Suriyanın Hələb şəhərinə ötürüləcək.

Firudin Həmidli
AzVision.az
Chosen
20
2
azvision.az

3Sources