Hurriyyet.az xəbər verir ki, Pentaqon Ukraynaya AMRAAM raketlərinin tədarükü üçün "Raytheon" şirkəti ilə müqavilə imzalayıb.
ABŞ Müdafiə Nazirliyi ABŞ-nin "RTX Corporation" adlı böyük silah istehsalçısının törəmə şirkəti olan "Raytheon" ilə Ukrayna və bir sıra digər ölkələrə AMRAAM hava-hava raketlərinin (Advanced Medium-range Air-to-Air Missile) tədarükü üçün dəyəri 3,5 milyard dollar civarında olan müqavilə imzalayıb. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Avadanlığın istehsalının 2031-ci ilin üçüncü rübündə başa çatdırılması gözlənilir. Silahlar Danimarka, Belçika, Yaponiya, Hollandiya, Kanada, Finlandiya, Almaniya, Macarıstan, İspaniya, Polşa, İsveç, Tayvan, Litva, Böyük Britaniya, Avstraliya, İsveçrə, İsrail və Küveytə çatdırılacaq.
Hürr Tərcüman