OpenAI yeni ChatGPT məzmun axtarış funksiyasını ləğv edib.
İnterpress.az xəbər verir ki, bu barədə şirkətin baş informasiya təhlükəsizliyi zabiti Dane Staki deyib.
O bildirib ki, OpenAI yeni ChatGPT məzmun axtarış funksiyasını ləğv edib və indekslənmiş məzmunu silmək üzərində işləyir.
“Biz indicə ChatGPT-dən istifadəçilərə söhbətlərini Google kimi axtarış sistemləri üçün görünən etmək imkanı verən funksiyanı sildik”, – Staki X-də yazıb.
Xuraman Etibarlı
İnterpress.az