EN

Bahalı əməliyyatlar niyə özəl xəstəxanalarda icra olunur?

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Hesablama Palatasının açıqladığı auditə əsasən dəyəri 5000 manat və artıq olan əməliyyatların 90%-i özəl tibb müəssisələrində icra olunmasının səbəbini açıqlayıb.

Globalinfo.az-ın xəbərinə görə, Agentlikdən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşlara icbari tibbi sığorta hesabına tibbi xidmətlər TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutu və mərkəzində göstərilir.

Həmçinin oxuyun:

Stomatoloqlardan 1200-1800 manat tələbinə TƏBİB-dən reaksiya

Məlumata görə, vətəndaşın müraciət etdiyi dövlət tibb müəssisəsində ona tələb olunan tibbi xidmətin göstərilməsi mümkün olmadıqda, digər tibb müəssisəsinə (dövlət və ya Agentlik ilə müqaviləsi olan tibb müəssisəsinə) göndəriş verilir.

“Burada söhbət yüksək ixtisas və xüsusi texniki hazırlıq tələb edən mürəkkəb tibbi xidmətlərdən gedir. Ölkə üzrə tələbatın tam qarşılanması, vətəndaşların vaxtında tibbi xidmətdən yararlanmasını təmin etmək üçün bu xidmətlərdə dövlət və özəl sektor arasında əməkdaşlıqdan istifadə edilir. Beləliklə bəzi mürəkkəb əməliyyatlar özəl tibb müəssisələrində göndəriş əsasında icra edilir və bu xidmətlər icbari tibbi sığorta çərçivəsində maliyyələşdirilir. Paralel olaraq, dövlət tibb müəssisələrinin imkanlarının daha da genişləndirilməsi və maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər davam etdirilir”, – deyə məlumatda bildirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
77
2
globalinfo.az

3Sources