EN

"Levski" - "Sabah" matçının hakimləri açıqlandı

UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsinin "Levski" - "Sabah" matçının hakimləri açıqlanıb.

Sportal.az xəbər verir ki, Bolqarıstanda baş tutacaq oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Duye Strukan olacaq. Ona yan xətlərdə Alen Yakşiç və Maryan Tomas kömək edəcək. Dördüncü hakim funksiyasını Ante Terziç yerine yetirəcək. VAR Mario Zebets, AVAR-da Ante Tsulyak olacaq.

Qeyd edək ki, "Levski" - "Sabah" qarşılaşması avqustun 7-də keçiriləcək. Cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.

saytlarin hazirlanmasi

Chosen
28
sportal.az

1Sources