EN

Minatəmizləmə zamanı aşkarlanan təhlükəli maddələr FHN-ə veriləcək

Minatəmizləmə zamanı aşkarlanan təhlükəli maddələr Fövqaladə Hallar Nazirliyinə təhvil veriləcək.

Operativ Media verir ki, sözügedən məsələ Prezident İlham Əliyevin imzaladığı “Minatəmizləmə fəaliyyəti haqqında” 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Fərmana edilən dəyişiklikdə əksini tapıb.

Belə ki, minatəmizləmə fəaliyyəti zamanı aşkar edilmiş odlu silah və onun əsas hissələri, habelə təhlükəli maddələr, səlahiyyətli qurum sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumatlandırılmaqla, icraçı tərəfindən akt əsasında dərhal Fövqəladə Hallar Nazirliyinə təhvil veriləcək.

Chosen
42
11
operativmedia.az

10Sources