Olaylar.az xəbər verir ki, o, "Fox Radio"ya açıqlamasında Qərb ölkələrinin Fələstini tanımaq qərarını "yersiz və mənasız addım" adlandırıb.
Rubio bir sıra Qərb ölkələrinin Fələstini rəsmi şəkildə tanımasına münasibət bildirərkən deyib:
"Bəzilərini bu narahat edir, amma bu, mənasızdır. Bu addımın heç bir əhəmiyyəti yoxdur".
Amerikalı siyasətçi ABŞ-ın İsrailə dəstəyinin davam etdiyini vurğulayıb və bildirib ki, Fələstini tanıyan ölkələrin heç biri bu bölgədə real dövlət qurmağa qadir deyil:
"İsrail razılaşmayana qədər heç bir Fələstin dövləti olmayacaq".
Rubio həmçinin bu ölkələrin "Fələstin dövlətinin harada yerləşəcəyini və onu kimin idarə edəcəyini" belə müəyyən etmədiklərini deyib. Onun fikrincə, bu cür tələsik qərarlar əks-effekt yarada bilər.
O, Fələstini tanıyan bəzi dövlətləri HƏMAS-la əməkdaşlıqda da ittiham edib.