EN

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanıldılar

İyul ayının 30-da dövlət sərhədini pozmağa cəhd göstərən iki nəfər Əfqanıstan İslam Respublikası vətəndaşı saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, iyul ayının 30-da DSX-nin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində İran İslamdan Azərbaycan Respublikası istiqamətində iki nəfər Əfqanıstan vətəndaşı - 1999-cu il təvəllüdlü Qasimi Reza Həbibulla və 2002-ci il təvəllüdlü Həsəni Məhəmmədrza Məhəmmədnaim dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Chosen
99
18
far.az

10Sources