EN

Ayvazyan: “Dəhlizi erməni ordusu qorusa belə, bizim nəzarətimizdə olmayacaq”

“Rusiyanın istəyi bəllidir: Ermənistan – Azərbaycan – Rusiya formatında üçtərəfli sazişlər sahəsinə qayıtmaq . Və bu baxımdan heç bir dəyişiklik yoxdur . Bu proses donmuş qalmaqda davam edir”.

Tribunainfo.az xəbər verir ki, bunu “Luys” informasiya – analitik mərkəzinin rəhbəri Hayk Ayvazyan deyib.

O, Zəngəzur dəhlizi ilə bağlı danışaraq qeyd edidb ki, Avropa ilə Çini birləşdirəcək yoldan səmərəli sitifadə etmək lazımdır. “Həmin dəhliz Çindən Avropaya qədər uzanan bu strateji yolun Orta Dəhlizinin bir hissəsi olacaq. Xəritəyə baxsaq görərik ki, o yolda Ermənistanın müttəfiqi yoxdur. Bu o deməkdir ki, yol formal olaraq açılsa və ordumuz o yolda dayansa, o, yenə də faktiki olaraq Zəngəzur dəhlizi kimi fəaliyyət göstərəcək” .

Ayvazyan qeyd edir ki, Ermənistanın dəhliz məsələsində maraqlı ölkələr arasında müttəfiqi yoxdur. “Dəhlizin onlarla benefisiar dövlətləri arasında Ermənistanı özünə yaxın tərəfdaş hesab edəcək heç olmasa bir ölkə yoxdur. Üstəlik, Ermənistana ictimai təzyiqlər də olacaq , dəhlizin işlədilməsi ilə bağlı xarici təzyiqlər də olacaq. Yəni həmin yolun statusu və ya fəaliyyəti ilə bağlı bizə sərfəli qərarlar vermək imkanından məhrum olacağıq”.

Mərkəz rəhbəri onu da deyib ki, dəhlizlə bağlı yeni qanunların qəbulu da qaçılmazdır. “Sabah və ya ertəsi gün onlar hətta dəhlizin fəaliyyəti ilə bağlı qanunvericiliyə düzəlişlər etməyə məcbur edə bilərlər. Ermənistan “yox” deyə bilməyəcək . Bunu bacarmaq üçün bu dəhlizin Ermənistanın müttəfiqi Rusiyanın nəzarəti altında fəaliyyət göstərməsi lazımdır. Yalnız bu yolla xarici təzyiqlərə tab gətirmək mümkün olacaq”.

Fərda Uğur

Chosen
8
1
tribunainfo.az

2Sources