EN

Polşa miqrantlara qarşı silahdan istifadə edəcək

Polşa Daxili İşlər Nazirliyi sərhəd xidmətinə qeyri-qanuni mühacirlərə qarşı xüsusi vasitələrdən istifadə etmək üçün genişləndirilmiş səlahiyyətlər verdiyini açıqlayıb.

Qaziler.az bildirir ki, bu barədə “Nyus.ru” Polşa XİN-ə istinadla xəbər verir.

İndi sərhədçilər miqrantlara qarşı su şırnaqlarından və dron əleyhinə silahlardan istifadə edə biləcəklər.

Nazirlikdən bildirilib ki, bu tədbir davam edən miqrasiya təzyiqi şəraitində sərhədçilərin fəaliyyətinin səmərəliliyini artırmaq məqsədi daşıyır. Daxili İşlər Nazirliyi onu da qeyd edib ki, dövlət sərhədini zorla keçmək cəhdlərinin dəf edilməsi üçün silahdan istifadə edilməsinə icazə verilir. Nazirlik izahatında qeyd edib ki, qərar aqressiv insan qrupları ilə qarşılaşan sərhəd xidməti əməkdaşlarının təhlükəsizliyini artırmaq məqsədi daşıyır.

QAZİLER.AZ

Chosen
11
qaziler.az

1Sources