EN

Maye qazın istehsal həcmi artıb

Bu ilin yanvar-iyun aylarında ölkənin neft məhsullarının istehsalı sahəsində 112,6 min ton maye qaz istehsal edilib.

Operativ Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Bildirilib ki, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə istehsal həcmi 20,2 faiz və ya 18,9 min ton artıb.

İyul ayının 1-nə hazır məhsul ehtiyatı 3,5 min ton təşkil edib.

Chosen
32
3
operativmedia.az

4Sources