EN

Şirkət cihaz satışından 13.3 mln. gəlir, 2.4 mln. manat xalis mənfəət əldə edib

Cihaz satışı və onlara xidmətini həyata keçirən “Maybo” MMC-nin 2024-cü ildə 2.43 milyon manat əldə etməklə öncəki ildə qeydə alınan 1.36 milyon manatı 78% üstələmiş olub.

Banker.az xəbər verir ki, şirkətin satış gəliri 2023-cü ildəki 10.6 milyon manatdan 2024-cü ildə 13.3 milyon manata yüksəlib. Bu, 2.7 milyon manat və ya 25% artım deməkdir. Əsasən, satışın maya dəyəri 8.6 milyon manat, ümumi və inzibati xərclər isə 1.4 milyon manat təşkil edib. 2023-cü ildə inzibati xərclər 877 min manat idi – bu xərc üzrə 526 min manat və ya 60% artım baş verib.

Şirkətin xalis əməliyyat mənfəəti 1.76 milyon manatdan 3.05 milyon manata yüksəlib — bu, 1.3 milyon manat və ya 74% artım deməkdir. Maliyyə xərcləri ötən ildə 30 min manat olduğu halda, bu il 9 min manata enib.

Bölüşdürülməmiş mənfəət 2023-cü ilin sonunda 4.96 milyon manat olduğu halda, 2024-cü ilin sonunda 5.71 milyon manata çatıb. Bu, 753 min manat və ya 15% artım deməkdir. Cəmi kapital isə 4.96 milyon manatdan 5.71 milyon manata yüksəlib.

“Maybo”nun cəmi aktivlər 2023-cü ildə 10.19 milyon manat olduğu halda, 2024-cü ilin sonunda 10.18 milyon manata düşüb. Qısamüddətli aktivlər 14% azalma ilə 8.50 milyon manata düşüb. Əvəzində uzunmüddətli aktivlər 255 min manatdan 1.69 milyon manata qalxıb — 6.6 dəfə artıb. Cəmi öhdəliklər 5.23 milyon manatdan 4.47 milyon manata enib — bu, 760 min manat və ya 15% azalma təşkil edir. Qısamüddətli öhdəliklər 1.1 milyon manat azalıb, uzunmüddətli öhdəliklər isə 318 min manat artıb.

Şirkətin əməliyyat fəaliyyətindən əldə olunan xalis pul vəsaiti 2.26 milyon manatdan 1.92 milyon manata enib. İnvestisiya fəaliyyətindən çıxan pul vəsaiti 193 min manatdan 1.38 milyon manata yüksəlib — bu, əsasən əsas vəsaitlərin alışının artması ilə bağlıdır.

Maliyyələşmə fəaliyyətindən çıxan xalis pul axını isə 60 min manatlıq müsbət göstəricidən 706 min manatlıq mənfi göstəriciyə çevrilib.

Dövrlər üzrə pul vəsaitlərinin dəyişməsi nəticəsində dövrün sonunda şirkətin nağd vəsaiti 2.88 milyon manatdan 2.72 milyon manata qədər azalıb. Bu da 160 min manat və ya 6% azalma deməkdir.

Xatırladaq ki, “Maybo” MMC 2011-ci ildə Midhət Qurbanəliyev tərəfindən Bakıda təsis edilib.  Sınaq və ölçmə sahəsinin əhəmiyyəti və qeyri-kafiliyi müşahidə edilmiş və bunun əsasında “Maybo” MMC yaradılmışdır.

Chosen
30
banker.az

1Sources