"Ukrayna Azərbaycanın suverenlik və ərazi bütövlüyü prinsiplərinə sədaqətli mövqeyini yüksək qiymətləndirir".
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev məqaləsində yazıb.
Səfir Azərbaycanın enerji, ticarət-iqtisadi və humanitar sahələrdə göstərdiyi dəstəyi xüsusi vurğulayıb.
"Bu əməkdaşlıq iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsində mühüm rol oynayır".
Diplomat Ukrayna tərəfindən piyada əleyhinə minalar haqqında Ottava Konvensiyasının qüvvəsinin dayandırılmasına da münasibət bildirib:
"Bizim qərarımız unikal deyil. Rusiya təcavüzünün təsiri altında Latvıa, Litva, Estoniya, Finlandiya və Polşa artıq Ottava Konvensiyasından çıxmaq və ya öhdəliklərini yenidən nəzərdən keçirmək barədə siyasi və qanunvericilik addımları atıblar. Bu ölkələr müharibə vəziyyətində olmamalarına baxmayaraq, Rusiya tərəfindən real təhdidin fərqinə varıblar və müdafiə məsələlərində daha çevik yanaşmanın vacibliyini anlayıblar".