EN

Paşinyanı gözləyən təhlükə: Hərbi çevriliş

Hazırda Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı hərbi çevriliş ehtimalı gündəmdədir.

Bölgədəki geosiyasi gərginliklər fonunda Rusiya tərəfindən bu cür ssenarinin həyata keçirilməsi mümkün variant kimi dəyərləndirilir.

Bildirilir ki, Paşinyanın son dövrlərdə Moskva ilə münasibətlərinin soyuması və Qərbə yaxınlaşması Kremlin narazılığına səbəb olub. Bu isə onun hakimiyyətinə qarşı daxildə və ya xaricdə müəyyən təzyiqləri gündəmə gətirib.

Bəs Rusiya Paşinyana qarşı hərbi çevriliş edə bilərmi?

“Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Nikol Paşinyanın çoxvektorlu xarici siyasəti ona qarşı formalaşmış təzyiqləri yumşaltmaq məqsədi daşıyır:

“Çünki Paşinyana qarşı hərbi çevriliș ehtimalı real görünür. Rusiya bundan geri çəkilmək niyyətində deyil, Ermənistana ciddi şəkildə hərbi qüvvələr cəlb edir. Fikrimcə, burada ABŞ və Qərblə toqquşma ehtimalı da artır”.

Ekspert qeyd edib ki, bu proseslər müqabilində Paşinyanın daxildəki mövqeyi zərər görə bilər:

“Bütün bunların fonunda Rusiya ilə Amerikanın Ermənistandakı fəaliyyətləri ikinci bir Ukrayna cəbhəsi yaratmağa bənzəyir. Son proseslər göstərir ki, məhz  Ermənistanın Baş naziri Nikol Paşinyan da Rusiya tərəfdən regional sabitliyə zərər verə biləcək hər hansısa hərəkətin mümkünlüyünü istisna etmir”.

Chosen
21
1
cebheinfo.az

2Sources