EN

Hindistan Trampın tələbini rədd edir | VİDEO

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Bloomberg” agentliyinin yazdığına görə, bunun prezident Donald Trampın əsas tələbi olmasına baxmayaraq, Narendra Modi hökumətinin ABŞ-dən əlavə hərbi texnika alacağı inandırıcı görünmür.

“Bunun əvəzinə Hindistan hakimiyyəti Vaşinqtonla ölkə daxilində avadanlıqların birgə inkişafı və istehsalına yönəlmiş tərəfdaşlığa ümid edir”,- mənbələr deyiblər.

Hindistanın baş naziri Narendra Modinin bu ilin fevralında ABŞ-yə səfəri zamanı Donald Tramp Vaşinqtonun Nyu-Dehliyə hərbi texnika satışını“çox milyardlarla dollar”artıracağını və Amerukanın Hindistana F-35 gizli qırıcıları tədarük etmək üçün“yol açdığını” bildirib.

Maraqlıdır ki, Nyu-Dehlinin F-35 qırıcıları almaqdan imtina etməsi Donald Trampın Hindistana qarşı sərt ritorikası fonunda açıqlanıb. ABŞ prezidenti Hindistanı xüsusilə də Rusiyadan hərbi texnika və enerji resursları aldığına görə 25% tariflərlə və “cərimə” ilə hədələyib.

Ağ Evin rəhbərinin sözlərinə görə, iki ölkə arasında münasibətlər həddindən artıq yüksək tariflər, eləcə də“ən çətin və xoşagəlməz ticarət maneələri”səbəbindən çox yaxşı inkişaf etməyib.

“Bloomberg” agentliyinin həmsöhbətləri Nyu-Dehlinin Donald Trampın bəyanatından mat qaldığını vurğulayıblar.

- Bir neçə gün əvvəl Vaşinqtonla ticarət sövdələşməsinə əminliyini ifadə edən Hindistanın Ticarət naziri Piyuş Qoyyal, ABŞ-nin tariflərinin təsirini qiymətləndirmək üçün hökumətin ixracatçılarla əlaqə saxladığını söyləyib”,- agentlik yazır.



Sahil İsgəndərov
AzVision.az
Chosen
106
50
azvision.az

10Sources