EN

Çinin ABŞ-yə Rusiya ilə bağlı sərt cavabı bütün zalı SUSDURDU

ABŞ nümayəndəsi Doroti Şi Çini Rusiya silahları üçün komponentlər verməkdə ittiham etdikdən sonra BMT Təhlükəsizlik Şurasında sərt diplomatik qalmaqal yaşanıb. Deyilənlərə cavab olaraq Çin nümayəndəsi Qenq Şuanq ona bir neçə sual verdikdən sonra zalda sükut hökm sürüb.

Qaziler.az -ın məlumatına görə, bu barədə Çinin “Sohu” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Qenq Şuanq çıxışında Rusiya ilə münaqişənin mənbəyinin nə olduğunu və hansı ölkənin rusları daim təxribata çəkdiyini soruşub. Qenq Şuanq həmçinin Ukraynaya kimin silah və milyardlarla dollarlıq maliyyə yardımı verdiyini də soruşub. Sonda bildirib ki, Doroti Şi dediklərinə görə utanmalıdır.

Nəşr yazır ki, Qenq Şuanq bu fikirləri səsləndirəndə, nəinki ABŞ nümayəndələri susublar, hətta zalın qalan hissəsi sükuta qərq olub.

QAZİLER.AZ

Chosen
4
qaziler.az

1Sources