EN

Almaniya Qəzzaya əlavə 5 milyon avro yardım edəcək

Almaniyanın xarici işlər naziri Yohann Vdeful İsrailə səfəri zamanı Almaniyanın Qəzza zolağının aclıqdan əziyyət çəkən əhalisinə yardımı genişləndirdiyini açıqlayıb

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazir BMT-nin Ümumdünya Ərzaq Proqramına (ÜƏP) əlavə 5 milyon avro ayırdığını açıqlayıb.

Eyni zamanda, Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri İsrail hökumətini Qəzza zolağına humanitar yardımın göstərilməsi sahəsində BMT və onun qurumları ilə sıx əməkdaşlığı mümkün qədər tez bərpa etməyə çağırıb. 

Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, 2023-cü ilin oktyabrında Qəzza müharibəsi başlayandan bəri Almaniyanın Fələstin ərazilərinə etdiyi humanitar yardımın həcmi 330 milyon avrodan çox olub. Bu məbləğin 95%-dən çoxu Qəzza zolağının əhalisinə sərf olunur.

Chosen
16
ucnoqta.az

1Sources