EN

Kür çayında qadağan olunmuş balıq ovu alətləri aşkarlanıb

 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nəzdində fəaliyyət göstərən Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti (SİMDNX) Kür çayının Şirvan və Sabirabad ərazilərindən keçən hissəsində keçirilmiş reyd zamanı qanunsuz balıq ovu və çirkləndirmə hallarını aşkar edib.

SİMDNX-nin məlumatına görə, reyd zamanı mülki dövriyyəsi qanunla qadağan olunmuş sintetik torlardan və digər ov alətlərindən istifadəyə, eləcə də su obyektlərinin çirkləndirilməsinə dair faktlar qeydə alınıb.

 Nəticədə ümumi uzunluğu 300 metrdən artıq olan sintetik torlar və çoxsaylı vintillər sudan çıxarılaraq müvafiq qaydada zərərsizləşdirilib.
Qurum bildirir ki, sintetik torlardan istifadə balıq ehtiyatlarının məhv olmasına, su obyektlərinin axım rejiminin pozulmasına və bioloji müxtəlifliyin azalmasına səbəb olur.

 Bu torlar eyni zamanda suvarma sistemlərinə zərər verərək boruların və kanalların tutulmasına, hidrotexniki qurğuların fəaliyyətində problemlərə yol açır.

SİMDNX su obyektlərinə sənaye, təsərrüfat və məişət tullantılarının axıdılmasının Azərbaycan qanunvericiliyinə əsasən qadağan olunduğunu xatırladıb və gələcəkdə bu cür halların qarşısını almaq üçün reydlərin davam etdiriləcəyini bildirib.

Qurum vətəndaşlara çağırış edərək, su obyektlərinin çirkləndirilməsi və qanunsuz ov halları ilə qarşılaşdıqda sosial media vasitəsilə məlumat vermələrini istəyib.

Gülnar Nazimqızı

Chosen
20
1
anews.az

2Sources