EN

"Terrorsuz Türkiyə" Komissiyasının ilk iclasının tarixi bəlli olub

BAKI, TurkicWorld

Türkiyə Böyük Millət Məclisində (TBMM) “Terrorsuz Türkiyə” məqsədilə yaradılan komissiyanın ilk iclası 5 avqust 2025-ci il tarixində keçiriləcək.

TurkicWorld xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində “Terrorsuz Türkiyə” məqsədilə qurulan komissiyanın açılışını TBMM sədri Numan Kurtulmuş edəcək. Sonra siyasi partiya nümayəndələrinin qiymətləndirmələri dinləniləcək və komissiyanın iş prosedurları, prinsipləri müəyyən ediləcək.

İclasa İstanbul, Ankara, İzmir, Diyarbəkir, Qars, Ərzurum, Van və digər vilayətlərdən çoxsaylı millət vəkilləri dəvət olunub. Komissiyanın Türkiyənin terrorla mübarizəsində yeni bir mərhələnin yol xəritəsini hazırlayacağı gözlənilir.

İYİ Partiyasının iştirak etməyəcəyini açıqlaması ilə yanaşı, üzvlük təqdim etməyən yeganə digər partiya Demokrat Partiyasıdır. Komissiya prosesə nəzarət edəcək və lazımi əsasnamələri hazırlayacaq.

Komissiya 48 üzvlə fəaliyyətə başlayacaq. Bu üzvlər arasında Ədalət və İnkişaf Partiyası(AK Partiya) 21, Cumhuriyyət Xalq Partiyası(CHP) 10, Demokrat Partiyası 4, MHP 4, Yeni Yol Partiyası 3 deputatla təmsil olunacaq. Qrupu olmayan HÜDA PAR, Yenidən Refah, TİP, EMEP, DSP və DP isə hərəsi bir deputatla iştirak edəcək. İYİ Partiyasının üzv verməmə qərarı səbəbindən üzv sayı planlaşdırılandan azdır.

Qeyd edək ki, iyulun 11-də İraqın Süleymaniyyə şəhərində PKK-ya bağlı bir qrup silahlarını məhv edərək prosesin yeni mərhələsini başladıb.

PKK üzvləri Süleymaniyyənin Surdaş mahalı sərhədindəki mağarada toplaşaraq silahlarını alovlu qazanda məhv ediblər. Proses İraq Kürd Regional Rəhbərliyi, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı, DEM Partiyası nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə izlənilib.

MHP sədri Devlet Bahçelinin çağırışı və Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə irəliləyən "Terrorsuz Türkiyə" prosesi, silahların məhv edilməsi ilə simvolik dönüş nöqtəsinə çatıb. PKK-nın tam tərksilahı sentyabrın sonuna qədər tamamlanması planlaşdırılır.

Həmçinin qeyd edək ki, bu prosesin əsas mərhələlərinə DEM Partiyasının Ədliyyə Nazirliyinin icazəsi ilə İmralıya səfərləri, siyasi partiyalar arasında müzakirələr və prezident Ərdoğanın Pervin Buldan və Mithat Sancarla görüşləri daxildir. PKK mayın 5-7-də keçirilən qurultayında təşkilatın ləğvi və silahın yerə qoyulması qərarını açıqlamışdı.

"Terrorsuz Türkiyə" hədəfinin həyata keçməsi ilə ölkə əhalisi üçün yeni bir dövr başlayır. Hökumət, prosesi sülh və təhlükəsizlik çərçivəsində davam etdirməkdə qərarlıdır

Chosen
28
turkic.world

1Sources