EN

Almaniya Fələstinə görə İsraili hədələyib

“Almaniya İsrailin Fələstin əraziləri ilə bağlı istənilən birtərəfli hərəkətlərinə cavab verməyə hazırdır”.

Bakues.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful deyib.

Onun sözlərinə görə, İsrail hökumətinin açıq şəkildə ilhaq təhdidləri fonunda daha çox ölkə, o cümlədən Avropada bir sıra ölkələr əvvəlcədən danışıqlar prosesi olmadan Fələstin dövlətini tanımağa hazırdırlar.

Xatırladaq ki, bundan əvvəl Fransa prezidenti Emmanuel Makron sentyabrda keçiriləcək BMT Baş Assambleyasında Fransanın Fələstin dövlətini rəsmən tanıyacağını açıqlamışdı.

Asim

Chosen
7
1
icma.az

2Sources