EN

KORREKTƏ -Bakıda görkəmli muğam ifaçısı Arif Babayevlə vida mərasimi keçirilir (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində görkəmli muğam ifaçısı, “Şöhrət”,“İstiqlal” və “Şərəf” dövlət ordenlərinin laureatır, xalq artistiArif Babayevlə vida mərasimi keçirilir.

Trend xəbər verirki, muğam və xalq mahnıları ustası uzun sürən xəstəlikdən sonra 88yaşında dünyasını dəyişib.

Görkəmli xanəndə I Fəxri Xiyabanda dəfn olunacaq.

Vida mərasimində dövlət və ictimai xadimlər, mədəniyyət və elmintanınmış nümayəndələri, yaradıcı ziyalılar və gənclər iştirakedirlər.

Qeyd edək ki, Xalq artisti Arif Babayev 1938-ci il fevralın20-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub.

1960-cı illərin əvvəllərindən o, Bakıda peşəkar yaradıcılıqfəaliyyətinə başlayıb – əvvəlcə Azərbaycan Dövlət Filarmoniyasında,daha sonra isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındamuğam ifaçısı-solisti kimi fəaliyyət göstərib.

Muğam-operalarda onun yaratdığı Məcnun (“Leyli və Məcnun”),Kərəm (“Əsli və Kərəm”), Aşıq Qərib və Camal kimi parlaq obrazlartamaşaçıların yaddaşında qalıb. Xanəndə ustalıqla “Şur”, “Segah”muğam-dastgahlarını, “Arazbarı”, “Qarabağ şikəstəsi”zərbi-muğamlarını ifa edib.

O, uzun illər uğurlu şəkildə Azərbaycan musiqi mədəniyyətiniölkə xaricində təmsil edib, ölkənin əhəmiyyətli incəsənəttədbirlərində iştirak edib və bir sıra istedadlı ifaçılarınyetişməsinə töhfə verib.

Xəbər yenilənəcək

Məqalədə:
Chosen
23
4
az.trend.az

5Sources