Türkiyənin Elazığ bölgəsində daş kömür mədənində uçqun baş verib.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, hadisə Elazığın Alacakaya rayonunda baş verib.
Qeyd olunub ki, hadisə nəticəsində işçilər dağıntılar altında qalıb, əraziyə fövqəladə hallar, səhiyyə qurumlarının əməkdaşları və jandarma cəlb olunub.