EN

BDU əməkdaşları təhsil sərgisində abituriyentlər üçün infossesiya keçirib

Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisi çərçivəsində abituriyentlər üçün infosessiya keçirib.

İnfosessiyada BDU-nun Karyera və məzunlarla iş Mərkəzinin şöbə müdiri Günel Qurbanova və Tədrisin təşkili və idarə olunması Mərkəzinin Təcrübənin təşkili sektorunun müdiri Nərgiz Abbas abituriyentlərə ixtisas seçimi, BDU-nun təhsil və təcrübə imkanları, elmi və beynəlxalq əlaqələri, ikili diplom proqramları, tələbələrin sosial həyatı və karyera planlaması barəsində məlumat veriblər.

Həmçinin Universitetin elmi-metodiki bazası və digər imkanları haqqında təqdimat ediblər. 

Sonda abituriyent və valideynlərin sualları cavablandırılıb.

Chosen
24
1
xalqqazeti.az

2Sources