Yazını böyüt
Yazını kiçilt
Polşada təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu yoxlama oyununa çıxacaq.
Hafta.az xəbər verir ki, "ağ-qaralar" Kipr təmsilçisi AEL-lə qarşılaşacaq.
Matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qeyd edək ki, "Neftçi" daha öncə İsrail "Hapoel"i (Təl-Əviv) və Polşa "Termalika"sı ilə heç-heçə oynayıb - müvafiq olaraq, 1:1 və 2:2. Bakı təmsilçisinin "Asteras"la (Yunanıstan) görüşü güclü leysan səbəbindən ləğv olunub.
1 avqust
Yoxlama oyunu
Saat 18:00, "Neftçi" (Azərbaycan) - AEL (Kipr).