EN

"Neftçi" Polşada sonuncu yoxlama görüşünə çıxacaq

Yazını böyüt
Yazını kiçilt

Polşada təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu yoxlama oyununa çıxacaq.

Hafta.az xəbər verir ki, "ağ-qaralar" Kipr təmsilçisi AEL-lə qarşılaşacaq.

Matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, "Neftçi" daha öncə İsrail "Hapoel"i (Təl-Əviv) və Polşa "Termalika"sı ilə heç-heçə oynayıb - müvafiq olaraq, 1:1 və 2:2. Bakı təmsilçisinin "Asteras"la (Yunanıstan) görüşü güclü leysan səbəbindən ləğv olunub.

1 avqust

Yoxlama oyunu

Saat 18:00, "Neftçi" (Azərbaycan) - AEL (Kipr).

Chosen
71
3
hafta.az

10Sources