EN

ABŞ Dövlət Departamenti İnsan Haqları Hesabatının dərcini təxirə salıb

ABŞ Dövlət Departamenti dünyada insan haqları ilə bağlı illik hesabatının dərcini ona dəyişikliklər etmək niyyətinə görə təxirə salıb.

Bakues.az “Politico”ya istinadən xəbər verir ki, Dövlət Departamentinin yüksək rütbəli məmurları mühüm bölmələrə, o cümlədən İsrail-Fələstin münaqişəsi ilə bağlı məsələlərə dəyişiklik etmək üçün insan haqları üzrə illik hesabatın dərcini təxirə salıblar.

Məlumata görə, yeni hesabat avqustun 1-də buraxılmalı idi. Hesabatın minimum ictimai xəbərdarlıqla gələcək tarixdə açıqlanması gözlənilir.

Dəyişikliklər İsrail, Qəzza və İordan çayının qərb sahilinə həsr olunmuş bölmələrin dizaynına aiddir. Xüsusilə, israilli köçkünlərlə bağlı ifadələr düzəldiləcək.

Düzəlişlər sənədin ABŞ-nin Yaxın Şərqdəki müttəfiqlərinə aid hissələrinə də təsir edəcək.

Asim

Chosen
32
icma.az

1Sources