EN

Astarada İrandan Rusiyaya 152 kiloqramdan çox marixuana aparılmasının qarşısı alınıb (FOTO)

Bakı. Trend:

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləritədbirlər çərçivəsində külli miqdarda narkotik vasitə - marixuanaaşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsinin Mətbuat vəİctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bildirilib ki, “Cənub-Astara” gömrük postunda Azərbaycanərazisindən tranzit keçməklə İrandan Rusiyaya “kahı” yükü aparannəqliyyat vasitəsinə rentgen qurğusu vasitəsilə baxışkeçirilib.

Monitorda şübhəli təsvirlər müşahidə olunduğundan yük əsaslıyoxlamaya cəlb edilib.

Kinoloji xidmət itinin reaksiyasından sonra aparılan yoxlamazamanı yükün içərisində falqaya bükülmüş şəkildə, kahı formasınasalınan və gömrük nəzarətindən gizlədilən 478 ədəd bağlamadaqablaşdırılma ilə birlikdə ümumi təqribi çəkisi 152 kq 295 qramolan narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Astarada
Astarada
Astarada
Astarada
Chosen
27
33
az.trend.az

10Sources